AZ

Belinə banka qoyduran qadın öldü

Bakıda belinə banka qoyulan qadın yanıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub.

Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.

Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqda adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səbail rayon Məhkəməsinin hökmü ilə Elnarə Əliyeva barəsində 3 il azadlığın məhdudlaşdırması cəzasına məhkum edilib. O, 3 il ərzində elektron qolbaq daşıyacaq.  

Seçilən
10
26
ucnoqta.az

10Mənbələr