AZ

Məşhur basketbolçu ölüm cəzasına məhkum edilə bilər

İndoneziyadakı amerikalı basketbolçu Jarred Shaw Crohn xəstəliyini yüngülləşdirmək üçün istifadə etdiyini düşündüyü çətənə saqqızları səbəbindən bu ilin əvvəlində həbs olunub. 

Milli.Az xəbər verir ki, basketbolçu ölüm cəzasına məhkum edilə bilər. 35 yaşlı Shaw İndoneziya Basketbol Liqasının (IBL) keçmiş ulduzu olub və Prawira Bandung komandası ilə 2023-cü ildə liqanı qazanıb. Lakin indi istintaq təcridxanasında saxlanılır və ömürlük IBL-dən uzaqlaşdırılıb.

Onun müdafiəçisi Donte Uestin sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz oluna bilər.

"Biz müsbət qərarın güclü presedent yaradacağı ümidi ilə bu işə mümkün qədər çox diqqət cəlb etməliyik. Mən özümü ona həsr etmişəm ki, Carred evə, anasının yanına qayıtsın", - deyə vəkil qeyd edib.

Məqalə müəllifi vurğulayır ki, İndoneziya narkotiklərlə bağlı sərt mövqe tutur, 2016-cı ildə ölkədə bir indoneziyalı və üç əcnəbi edam ediliblər. Hazırda 500-dən çox insan, o cümlədən 100-ə yaxın əcnəbi ölüm cəzasını gözləyir.

Milli.Az

Seçilən
34
1
milli.az

2Mənbələr