AZ

Yaponiya tarixində bir ilk - FOTO

Yaponiya tarixində ilk dəfə qadın baş nazir seçilə bilər.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir Şiqeru İşibanın istefası ilə başlayan liderlik yarışı hakim Liberal Demokrat Partiyası (LDP) daxilindəki seçkilərin yekunlaşması ilə başa çatıb.

Partiya daxilində seçkilərdə qalib gələn keçmiş daxili işlər naziri Sanae Takaiçi ölkə tarixində bir ilkə imza atıb.

Seçkilərdə 295 millət vəkili və təxminən 1 milyon partiya üzvü səs verib, Sanae Takaichi 183 səslə birinci, Koizumi isə 164 səslə ikinci olub.

Yaponiyanın siyasi tarixində yeni dövrə qədəm qoyan Takaiçi oktyabrın 15-də keçirilməsi planlaşdırılan parlament seçkilərində qalib gələrsə, baş nazir postunu tutacaq və rəsmi olaraq ölkənin ilk qadın baş naziri olacaq.

Böyük ehtimalla, Takaiçinin seçkilərdə qalib gələcəyi bildirilir.

Billurə

 

Seçilən
32
olke.az

1Mənbələr