Yevlax, 4 oktyabr, AZƏRTAC
MDB Oyunlarında qızlar arasında boks yarışlarının final mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Aysel Fərəcova 46 kiloqram çəki dərəcəsində final döyüşündə rusiyalı Viktoriya Klimova ilə qarşılaşıb.
Gərgin keçən görüşdə idmançımız rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub.