AZ

Türkiyədə fabrikdə partlayış - Ölənlər var

Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib. 

News365.az xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 2 fəhlə həyatını itirib.

Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.

 Hadisənin başvermə səbəbi hələlik məlum deyil.  Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.

Seçilən
13
6
news365.az

7Mənbələr