AZ

Zelenski vurulan qatarla bağlı dəhşətli görüntülər yaydı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Şostka vağzalına dəhşətli hücumuna reaksiya verib.

Publika.az xəbər verir ki, siyasətçi sərnişin qatarının vurulmasının nəticələrini əks etdirən videonu da yayıb.

"Rusiya pilotsuz təyyarəsinin Sumı vilayətindəki Şostka dəmiryol vağzalına amansız zərbəsi... İndiyədək olan məlumata görə, onlarla insan xəsarət alıb. İlkin hesablamalara görə, zərbə endirilən məkanda həm "Ukrzaliznitsa"nın əməkdaşları, həm də sərnişinlər olub", - prezident deyib.

O, vurğulayıb ki, ruslar bu nöqtədə dinc sakinləri hədəfə ala biləcəklərindən xəbərsiz ola bilməzdilər və dünyanın bu terrora məhəl qoymamağa haqqı yoxdur.

Seçilən
55
publika.az

1Mənbələr