Kolumbiyada ailə qızlarını ildırımın təsirindən xilas etmək üçün qeyri-adi üsula əl atıb. “Bakuinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, 22 yaşlı qadın evinin həyətində paltar yuyarkən onu ildırım vurub. Hadisə nəticəsində o, huşunu itirərək yerə yıxılıb. Qeyd olunur ki, ailə təcili tibbi yardıma müraciət etmək əvəzinə, ənənəvi inanca əsaslanaraq qeyri-adi addım atıb. Belə ki, onlar qızlarını torpağa basdırıblar və bununla ildırım enerjisinin bədəndən çəkiləcəyinə inanıblar. Gənc qadın təxminən dörd saat bu vəziyyətdə qaldıqdan sonra sağ çıxmağı bacarıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(qafqazinfo)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta