AZ

“Barselona”nın 18 yaşlı ulduzu yenidən zədələndi

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək.

Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir. O, “Barselona” ilə beş oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Yamal cari mövsüm ərzində bundan öncə də qasıq nahiyəsindəki zədə səbəbindən bir neçə oyunu buraxmışdı.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
8
icma.az

9Mənbələr