AZ

İnvestisiya şirkətlərinin balans göstəriciləri azalıb

BAKI, 4 oktyabr. TELEQRAF

Bu ilin yanvar- iyun aylarında investisiya şirkətlərinin balans göstəricilərində azalma müşahidə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Hesabata əsasən, ötən ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 23% və yaxud 42 milyon manat azalaraq 140 milyon manat, öhdəlikləri isə 33% və ya 42 milyon manatazalaraq 86 milyon manat təşkil edib.

Sənəddə qeyd olunub ki, azalmaya səbəb repo və əks-repo əməliyyatları kimi yüklü maliyyə aktivlərinin həcminin azalması olub.

Seçilən
41
teleqraf.com

1Mənbələr