AZ

Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Bakı. Trend:

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilənkamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi iləDİN əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davametdirirlər.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şəhərin əsas küçə və prospektlərində, idmanobyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması,iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsiüçün fasiləsiz xidmət təşkil olunub.

Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xariciidmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilənəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsizgediş-gəlişinə şərait yaradılıb.

Seçilən
9
22
az.trend.az

10Mənbələr