AZ

Gürcüstanda seçici fəallığı 28%-i ötüb - YENİLƏNİB-1

Saat 15:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 28,22% təşkil edir.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (MSK) Natia İoseliani brifinqdə bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər 991 651 seçici səsvermədə iştirak edib.

MSK nümayəndəsi deyib ki, seçkilər sakit mühitdə keçir və səsvermə prosesinə təsir etməyən müəyyən insidentlər qeydə alınıb.

***

13:01

Gürcüstanda seçici fəallığı 17,15% təşkil edir.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 12:00-a olan məlumata əsasən, səsvermədə 602 445 seçici iştirak edib.

Seçicilərin yüksək fəallığı Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində müşahidə olunub.

Bu vaxta qədər seçki komissiyalarına şikayətlərin daxil olmadığı qeyd edilib.
***

10:58

Saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 7,85% təşkil edir.

APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Artıq 275 948 seçici səsvermə hüququndan istifadə edib.

Seçicilərin ən yüksək fəallığı Raça-Leçxumi bölgəsində qeydə alınıb.

Səsvermə prosesinin bütün ölkə üzrə dinc şəraitdə, qanun pozuntusu olmadan keçirildiyi vurğulanıb.

Seçilən
9
11
apa.az

10Mənbələr