AZ

Gülər Hüseynova: 15 yaşımda MDB Oyunlarının çempionu olaraq tarixə düşdüm

Yevlax, 4 oktyabr, AZƏRTAC

Yarışlarda ilk rəqibim Tacikistan boksçusunu məğlub etdim, növbəti mərhələdə isə özbək idmançını nokdaunla üstələdim və finalda Rusiya təmsilçisinə qalib gələrək turnirin qalibi oldum.

Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Gülər Hüseynova deyib.

“Yarışlar Azərbaycanda keçirildiyinə görə qarşıma məqsəd qoymuşdum ki, mütləq çempion olmalıyam. Rəqibim kim olur-olsun, qalib gəlməli idim. Döyüş çətin keçdi, çünki rəqibim güclü idi. Amma mən özümə inanırdım və daha güclü olduğumu sübut etdim,” – deyə gənc boksçu vurğulayıb.

Gülər Hüseynova əlavə edib ki, 15 yaşında MDB Oyunlarının çempionu olaraq tarixə düşdüyü üçün böyük qürur hissi keçirir: “Özümlə fəxr edirəm. Üzərimizdə əməyi olan məşqçilər heyətinə təşəkkür edirəm.”

 

Seçilən
41
1
azertag.az

2Mənbələr