AZ

Anar Rzayev ağır xəstə olan şairə görə nazirə zəng etdi AÇIQLAMA

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Qarabağ qazisi Rey Kərimoğlunun tanınmış şair Əlisəmid Kürlə bağlı etdiyi paylaşım diqqət çəkib. Belə ki, o, şairi itirə biləcəklərini qeyd edib.

Sitat: “Bəlkə də son günlərini yaşayır. Bu gün xəstəxanadan evinə buraxılıb. Təəssüf ki, o xəstəxanada olduğu bu neçə vaxtda 2-3 nəfərdən başqa (bəzi dostlarının, yaxınlarının ailə üzvlərinə edilən zənglər xaric) onunla ciddi maraqlanan, real iş görən olmadı. Yazıçıların, ziyalıların məlum müraciətinə isə dövlətdən ciddi bir reaksiya olmadı. Çox təəssüf! Bəlkə də gec deyil, ona təcili daha yaxşı diqqət və ya xaricə müalicəyə aparıb xilas etmək olar… Bəlkə də!”

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə əlaqə saxlayıb.

O, şairə imkanı daxilində dəstək olduğunu bildirib:

“Maddi imkanlarımız olmadığı üçün biz Əlisəmid Kürə bu istiqamətdə yardım edə bilmədik. Nəinki Əlisəmid müəllim, heç kimə maddi cəhətdən dəstək ola bilmirik. Lakin səhiyyə nazirinə zəng edib xahiş etdik ki, onu xəstəxanaya yerləşdirsinlər. Şəxsən özüm akademik Əhliman Əmiraslanova zəng edib şairi müayinə etməsini istədim. Başqa nə edə bilərəm? Əlimdən gələn nədirsə, onu etmişəm”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr