AZ

“Qarabağ”ı udmaq olar” deyib, yol göstərdi

Geridə qalan 6 turda qələbə bir tərəfə, xal sevinci yaşamayan “Kəpəz” ciddi sınaq qarşısındadır.

Qərb təmsilçisi 7-ci turda Çempionlar Liqasında rəqib tanımayan “Qarabağ”ın qonağı olacaq.

Adil Şükürovun istefa verməsi, onu Azər Bağırovun əvəzləməsi gəncəli azarkeşləri bir xeyli ümidləndirib. Digər səbəb Qurban Qurbanovun əsas heyət üzvlərinə dincəlmək imkanının yaratmasə ehtimalının böyük olmasıdır.

“Kəpəz”in portuqaliyalı müdafiəçisi Dioqo Verdaşka Sportinfo.az-a “Qarabağ”la oyunla bağlı fikirlərini söyləyib:

“Qarabağ” güclü rəqibdir, səviyyəsi Azərbaycan futbolunu aşır. Avropada hansı nəticələr qazandığını görürük.

Bu komandayla oyunda uğurlu nəticə qazanmağın yeganə yolu meydanda can qoymaq, döyüşməkdir. Döyüşmək, döyüşmək və döyüşmək...

Bu çempionatda hər şey mümkündür. İstənilən komanda digərini məğlub edə bilər. Ona görə də hər nəticəyə inanıram”.

Bu gün “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Kəpəz” matçı saat 17:00-da start götürəcək.

HƏBİB

Seçilən
24
sportinfo.az

1Mənbələr