“Liverpul”un hücumçusu Huqo Ekitike komanda yoldaşı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.
Fransalı oyunçu yayda “qırmızılar”a qoşulub, Salah isə 2017-ci ildən bu klubda çıxış edir.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard İngiltərə mətbuatına Salahın əla insan olduğunu bildirib:
“Salah əla insandır, televizorda izləyərkən düşündüyümdən də yaxşıdır.
Sakit üz ifadəsini görüb, onun soyuqqanlı və danışmayan biri olduğunu düşünürdüm, amma əksinə, Salah çox açıq insandır. Buradakı bütün futbolçular mənə tez uyğunlaşmağa kömək edir”.
“Liverpul” Ekitikeni iyulda Frankfurt “Ayntraxt”ından 95 milyon avroya transfer edib. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.