AZ

Ölkə çempionu çox sərfəli təklif etdi – Məşhur baş məşqçiyə

İtaliyalı mütəxəssis Luçano Spaletti yaxın vaxtlarda yenidən məşqçiliyə qayıda bilər.

Sportinfo.az TMW-yə istinadən xəbər verir ki, 66 yaşlı çalışdırıcıya Qətərin çempionu “Əl-Sədd”dən maliyyə baxımından çox sərfəli təklif gəlib.

Spaletti hələlik yekun qərar verməyib. O, bu ilin iyununda İtaliya millisinin baş məşqçi postundan ayrılmışdı. Ona həmçinin, Səudiyyə Ərəbistanı klublarının da maraq göstərdiyi bildirilir.

“Əl-Sədd” hazırda Qətər çempionatının yeni mövsümündə 6 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Seçilən
25
sportinfo.az

1Mənbələr