AZ

Rusiya ordusu Ukraynanın Sumı vilayətində sərnişin qatarını atəşə tutub - Yenilənib

Şostkada dəmir yolu vağzalına endirilən zərbə nəticəsində hospitalizasiya olunan səkkiz nəfərdən birinin vəziyyəti ağırdır və o, reanimasiyaya yerləşdirilib...

"Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə əsasən, Sumı hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov yaralananlar arasında üç uşağın da – 8, 11 və 14 yaş - olduğunu deyib.

O qeyd edib ki, Şostka şəhəri və rayonun bir hissəsi işıqsız qalıb.

***

Rusiya ordusunun Sumı vilayətində Şostka şəhərinin dəmir yolu vağzalına zərbəsi nəticəsində oktyabrın 4 və 5-də bir sıra qatarların reysləri təxirə salınıb.

"Report"un RBK-Ukrayna agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Ukrayna Dəmir Yolları"nın xəbərində deyilir.

Ukrayna ərazilərinin və icmaların inkişafı naziri Aleksey Kuleba bildirib ki, Rusiya ordusu vağzala iki dəfə zərbə endirib:

"Birinci zərbə lokomotivə dəyib. Sonradan evakuasiya başlayanda ruslar ikinci zərbəni endiriblər".

***

Rusiya ordusunun Sumı vilayətinin Şostka icmasında dəmiryolu vağzalına endirdiyi zərbə nəticəsində sərnişin qatarı vurulub, yaralananlar var.

APA xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun Şostka icmasında yerləşən dəmiryolu vağzalına və "Şostka-Kiyev" sərnişin qatarına endirdiyi zərbə nəticəsində qatar yanıb və təxminən 30 nəfər sərnişin yaralanıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər, tibb işçiləri və təcili yardım xidmətləri fəaliyyət göstərir. Dağıntıların miqyası və xəsarət alanların sayı dəqiqləşdirilir.

Poliqon.info

Seçilən
49
8
poliqon.info

10Mənbələr