AZ

Azərbaycanın mədənçıxarma sənayesində ödəniş daxilolmaları I yarımildə 16,7% artıb

Bu ilin I yarısında Azərbaycanda mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 3 milyard 469,4 milyon manat təşkil edib.

Operativ Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.

6 ayda artıma əsas töhfәləri xam neft hasilatı (692,9 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (142,6 milyon manat) qrupları verib.

Beləliklə, I rübdə mәdәnçıxarma sәnayesi üzrә ödәniş daxilolmaları 1 milyard 378,3 milyon manat, II rübdə isə 2 milyard 091,1 milyon manat olub, Bu da, illik müqayisədə müvafiq olaraq 20,4 % və 30,7 % artım deməkdir.

II rübdə artım әsasәn xam neft hasilatı (415,6 milyon manat) vә neft vә tәbii qaz hasilatı sahәsindә xidmәtlәrin göstәrilmәsi (52,4 milyon manat) qrupları hesabına formalaşıb.

Seçilən
80
operativmedia.az

1Mənbələr