AZ

Kopenhagen görüşləri Azərbaycanın qlobal siyasətdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun göstəricisidir - Vüqar Rəhimzadə

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir.Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlətbaşçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin saytərkibinə diqqət yetirsək, ölkəmizin dünyada nüfuzunun daha daartdığını aydın şəkildə görərik. Açıq və çoxşaxəli xarici siyasətkursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları iləəlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yenidostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha dagenişləndirir.

Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizinuğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə,əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevinoktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin vəAvropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etməküçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qitəninölkələri arasında siyasi əlaqələndirmə platforması olan “AvropaSiyasi Birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlliüçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropaqitəsinin təhlükəsizliyini, sabitliyini və rifahınıgücləndirməkdir. Bu çağırışların hər biri Azərbaycanın xaricisiyasətinin əsas tərkib hissələrindən biridir. Hazırkı dövrdə yenidünya nizamının formalaşdığını da nəzərə alsaq ölkəmizin ədalətə vəbeynəlxalq hüquqa əsaslanan mövqeyinin, hadisələrə praqmatikyanaşmasının həm region, həm də dünya üçün nə qədər önəmli olduğunugörə bilərik. Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısıçərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyiçoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycanınsülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqtonrazılaşmalarının əldə edilməsinə gedən yol, ən əsası dayanıqlısülhün və təhlükəsizliyin təmin edilməsi ilə regionda, dünyasiyasətində yeniliklər oldu. Ədalətli dünyanın formalaşması bütündövrlər üçün Azərbaycanın əsas çağırışı olub. Bu gün ölkəmizinqlobal problemlərin həllinə davamlı töhfələri də özündə mühümməqamları ehtiva edir.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın yerləşdiyicoğrafi məkan daim ölkələr, xalqlar arasında dostluq körpüsüyaratmağını şərtləndirir. Dövlətimizin xarici siyasətində Avropatəşkilatları, dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2022-ciildən başlayaraq keçirilən “Avropa Siyasi Birliyi”nin Zirvətoplantılarının hər birinə dövlətimizin başçısı İlham Əliyevindəvət edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəmöhkəmlənən yerinin, qlobal siyasi proseslərdə artan rolunun vəölkə Prezidentinin böyük nüfuzunun, ona olan hörmət və ehtiramıngöstəricisidir. Prezident İlham Əliyev Danimarkanın paytaxtıKopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvətoplantısının açılış mərasimində, həmçinin plenar sessiyada iştiraketdi. “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısınıniştirakçılarının say tərkibi tədbirin əhəmiyyətini, burada müzakirəolunan məsələlərin aktuallığını təsdiqlədi. Zirvə toplantısındaümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştiraketdilər. Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmimasalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukraynamüharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibridtəhlükələr kimi mövzular müzakirə olundu. Dövlətimizin başçısıZirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləriəsasında Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropaİttifaqı Şurasının Prezidenti Antonio Koşta və AvropaKomissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliyaRespublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, UkraynaPrezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri DikSxof, Fransa Respublikasının Prezidenti Emmanuel Makron,Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Avropa İttifaqıŞurasının Prezidenti Antonio Koşta və Avropa KomissiyasınınPrezidenti Ursula Fon der Lyayen ilə görüşdə Antonio Koşta vəUrsula Fon der Lyayen dövlətimizin başçısını ErmənistanlaAzərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldəedilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regiondadavamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarınıbildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhündəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərinibildirdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, görüşlərdə diqqət göstərilənməsələrdən biri də dünyanın enerji təhlükəsizliyinin təminolunmasına Azərbaycanın verdiyi töhfələr oldu. Ölkəmiziniştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanınenerji xəritəsini dəyişdiyi, həm iştirakçı, həm də digər ölkələrindayanıqlı iqtisadi inkişafına geniş imkanlar yaratdığı diqqətəçatdırıldı. Hazırda Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsiəməkdaşlığın coğrafiyasının genişlənməsində nə qədər maraqlıolduğunun göstəricisi kimi önə çəkildi. Bu mühüm məqam da xüsusiqeyd edildi ki, hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının8 üzv dövləti Azərbaycan qazını alır. Bu, Avropa İttifaqının enerjitəhlükəsizliyinə mühüm töhfədir. Dövlətimizin başçısı keçiriləngörüşlərdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı roluqeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturununinkişaf etdirilməsi istiqamətində görülən işlərdən də danışdı vəhazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyatdaşımalarının həcminin artdığını bildirdi. Azərbaycan- Avropaİttifaqı əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğuqeyd edildi.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin dünyadayüksək nüfuzu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanansiyasəti, tam iqtisadi və siyasi müstəqilliyi, təkmil inkişafmodeli beynəlxalq aləmdə mövqeyinin günbəgün möhəmlənməsinişərtləndirir. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasınınyaratdığı reallıqlar fonunda Azərbaycanın dünyada söz sahibliyinindaha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Prezident İlhamƏliyevin istər BMT Baş Assambleyasının 80-cı sessiyası, istərsə də“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsindəABŞ-da və Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirdiyiçoxsaylı görüşlərdə səsləndirdiyi çağırışlar yeni dünya nizamı üçünböyük əhəmiyyət kəsb edir. Bərabərhüquqlu, qarşılıqlı hörmət vəmaraqlar prinsipi əsasında qurulan əlaqələrin böyük gələcəyə malikolduğu həmin görüşlərin əsas hədəfi oldu.

Məqalədə:
Seçilən
0
5
az.trend.az

6Mənbələr