AZ

AFFA milliyə yeni baş məşqçi təyin etdi - RƏSMİ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyinat olub.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

AFFA rəhbərliyi gənc mütəxəssislərə etimad göstərir, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

Məlumatda bildirilib ki, U-21 komandamız əsas millimizin ehtiyat bazası hesab olunur.

Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.

R.Eyyubov bunadək əsas milli komandada məşqçi olub.

Seçilən
31
10
sportinfo.az

10Mənbələr