AZ

İntiqam Babayev: Musiqi sədaları, sənət əsərləri və nümayiş olunan fotolar Zəfər yolunu bir daha yaddaşlara həkk etdi

Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Cəbrayıl Şəhəri Günü münasibətilə burada olmaq böyük qürurdur. Tədbir çərçivəsində zəngin mədəni proqram təqdim olundu, istedadlı sənətçilərin iştirakı ilə konsert keçirildi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev bildirib.

“Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin hər birinə özünəməxsus şəhər günü təsis olunub. Bu gün isə Cəbrayıl Şəhəri Günü qeyd edilir. Tədbir çərçivəsində Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi sərgidə Zəfərin beş illiyinə və Qarabağımızın dirçəlişinə həsr olunan fotolar nümayiş etdirildi. Musiqi sədaları, sənət əsərləri və sərgidəki şəkillər Cəbrayılın yenidən doğuluşunu, xalqımızın Zəfər yolunu bir daha yaddaşlara həkk etdi", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Cəbrayıl Şəhəri Günü münasibətilə Cəbrayılda təntənəli tədbirlər keçirilir.

Seçilən
33
2
azertag.az

3Mənbələr