Məşhur italyan aktyor Remo Cirone dünyasını dəyişib.
Moderator.az bu barədə "Arqumentı i faktı"ya istinadla məlumat verir.
77 yaşlı aktyor Monakodakı evində qəflətən vəfat edib.
Remo Cirone, xüsusilə "Sprut" kult serialında canlandırdığı mafioz "Tano Kariddi" obrazı ilə geniş şöhrət qazanmışdı. O, səhnə fəaliyyətinə rejissor Luka Ronkoninin rəhbərliyi altında başlamış, Uilyam Şekspir, Pyotr Çexov və digər klassiklərin əsərlərinin tamaşalarında rol almışdı.