AZ

Ucarda yol qəzasında piyada ölüb

Ucar, 4 oktyabr, AZƏRTAC

Ucarda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə günorta saatlarında qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçən piyada Yediyar Bəşirovu vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Seçilən
10
5
azertag.az

7Mənbələr