AZ

Küləklə bağlı sarı xəbərdarlıq verilib

Oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzPost.az

Seçilən
41
50
azpost.info

10Mənbələr