AZ

Azərbaycanda bank sektorunun biznes portfelinin həcmi qiymətləndirilib

Ötən ilin sonuna Azərbaycanın bank sektorunun biznes portfelinin ümumi həcmi 14,8 milyard manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

"Biznes portfelinin 56 %-i təşkil edən müştərilər üzrə təhlillər aparılıb, nəticədə qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu qənaətinə gəlinib.

Aparılmış hesablamalara əsasən, təhlildə əhatə olunan şirkətlərin 91 %-i mənfəətlə faəliyyət göstərməkdədir. Sektorun mənfəətliliyi əməliyyat mənfəəti marjası və xalis mənfəət marjası göstəriciləri vasitəsilə qiymətləndirilib. Sektorlar arasında informasiya və rabitə sektoru üzrə mənfəətlilik digər sektorlara nisbətən yüksək olub", - AMB qeyd edib.

Seçilən
35
2
aznews.az

3Mənbələr