ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Cəbrayıl, 4 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
İkinci ildir ki, Cəbrayıl Şəhəri Günü doğma sakinlərinin iştirakı ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib.
"Beş ildir azadlığına qovuşan bu qədim yurdun bayramı əslində yeni tarixin başlanğıcından xəbər verir. Hazırda Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri böyük vüsətlə davam edir. Şükürbəyli və Horovlu kəndlərində tikinti işlərinin birinci mərhələsi artıq başa çatıb, son tamamlanma mərhələsi həyata keçirilir. Bununla yanaşı, Soltanlı kəndində də tikinti işlərinə start verilib. Bayram sevincinin yaşandığı Cəbrayılda insanlar doğma torpağa dönüşün, kəndlərin dirçəlişinin canlı şahidinə çevriliblər. Quruculuqla yanaşı, bu gün burada həm də gələcəyin işıqlı sabahına inam hissi hökm sürür", - deyə o əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.