GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Bu, həqiqətdir. Mən ABŞ-a səfərim çərçivəsində Prezident Donald Trampla görüşdüm”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
O, Ağ Ev rəhbəri ilə görüşünün saxta olduğuna dair məlumatlara münasibət bildirib:
“Dedilər ki, bu, yalandır. Mən Trampın verdiyi şam yeməyinə dəvət olunmamışam, onunla görüşməmişəm, danışmamışam. Guya hökumət saxta məlumat yayır. Amma belə deyil, o zaman Gürcüstanı BMT-nin sessiyasında kim təmsil edirdi? Mən Trampla görüşdüm, danışdım, liderlər üçün təşkil olunan ziyafətdə iştirak etdim”.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.