AZ

Azərbaycan cüdoçuları qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zeyd Ələsgərov III MDB Oyunlarının qızıl medalını qazanıb.

Ölkə.Az xəbər verir ki, idmançı 60 kq çəki dərəcəsində bu uğura imza atıb.

Eyni çəkidə yarışan Röyal Qayıbovun qazancı isə gümüş medal olub.

XXX

Azərbaycan cüdoçusu Gülşən Hüseynova III MDB Oyunlarının qızıl medalını qazanıb.

Ölkə.Az xəbər verir ki, idmançı 44 kq çəki dərəcəsində bu uğura imza atıb.

Eyni çəkidə yarışan Xədicə Abdullayevanın qazancı isə bürünc medal olub.

XXX

Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.

Ölkə.Az xəbər verir ki,, Məhəmmədəli Hüsiyev (55 kq) gümüş medal qazanıb.

İbrahim Talıbov (55 kq) isə bürünc medalla kifayətlənib.

XXX

Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, finalda uduzan Sunay Salamova (40 kq) gümüş medal medalla kifayətlənib.

Anar Quliyevin (50 kq) qazancı isə bürünc medal olub.

XXX

Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.

Ölkə.Az xəbər verir ki, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.

Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Zemfira Əliyeva (+70 kq) bürünc mükafata sahib çıxmışdı.

III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.

XXX

Azərbaycan cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.

Ölkə.Az xəbər verir ki, Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.

Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.(Report)

Seçilən
59
8
olke.az

9Mənbələr