AZ

“Tottenhem” qalib gələrək ikinci pilləyə yüksəlib - VİDEO

İngiltərə Premyer Liqasının 7-ci turunda “Tottenhem” “Lids”i məğlub edib.

İdman.biz bildirir ki, Lidsdəki “Elland Roud”da keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

“Tottenhem”də Matis Tel (23-cü dəqiqə) və Məhəmməd Kudus (57) fərqləniblər. “Lids”in yeganə qolu 34-cü dəqiqədə Noa Okafor vurub.

Tomas Frankın rəhbərliyi altında “Tottenhem” ardıcıl dördüncü liqa matçında məğlub olmur. Klubun 14 xalı var və İngiltərə Premyer Liqasınında ikinci pillədədir. Daniel Farkenin çalışdırdığı “Lids” 8 xalla 12-ci yerdədir.

Növbəti turda, oktyabrın 19-da “Tottenhem” “Aston Villa”nı qəbul edəcək, “Lids” isə bir gün əvvəl səfərdə “Bernli” ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr