AZ

Səudiyyə Ərəbistanı klubunun təklifini rədd etdi - XAVİ

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasını çalışdırmaqdan imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəblər Xavi ilə danışıqlar aparsa da, sonda seçimlərini portuqaliyalı mütəxəssis Serjio Konseysaonun üzərində saxlayıb.

İspaniyalı çalışdırıcı tezliklə yenidən işə qayıtmaq niyyətindədir. Onun əsas arzusu isə məhz İngiltərə Premyer Liqasında özünü sınamaqdır.

Bununla yanaşı, Xavinin La Liqada və ya A Seriyasında da fəaliyyətə başlama ehtimalı istisna edilmir.

Son aylarda KİV-də Xaviyə “Mançester Yunayted”in maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.

Seçilən
23
sportinfo.az

1Mənbələr