AZ

Tiflisdə seçki GƏRGİNLİYİ - Etirazçılar küçələrə axşıdı - VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə yerli seçkilər ərəfəsində etiraz aksiyaları keçirilib.

Musavat.com xəbər verir ki, oktyabrın 4-də yüzlərlə etirazçı Rustaveli prospektini bağlayaraq parlament binasının qarşısına və Müqəddəs Georgi abidəsinin yerləşdiyi Azadlıq meydanına toplaşıb.

Aksiya iştirakçıları hökuməti Rusiya ilə sıx əlaqələrdə ittiham edərək, Gürcüstanın azad və müstəqil gələcəyini tələb ediblər.

Tələbələrin və müxalif fəalların iştirakı ilə keçirilən mitinqdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib və dinc dəyişikliklərə çağırışlar edilib.

Qeyd edək ki, Gürcüstanda yerli seçkilər səhər saat 8:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq. Seçkilərdə 12 siyasi partiya iştirak edir, Tiflisdə isə 9 namizəd mer postu uğrunda mübarizə aparır.

Musavat.com

Seçilən
12
3
musavat.com

4Mənbələr