AZ

Premyer Liqa: “Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi

BAKI, 4 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turunun növbəti oyun günündə “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Azersun Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Baş hakim Nicat İsmayıllının idarə etdiyi matçda hesabı 38-ci dəqiqədə Sami Mmae açıb.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası 13 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Debüt matçına çıxan Azər Bağırovun kollektivi isə xal qazana bilməyərək sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti qarşılaşması “Sumqayıt” və “Turan Tovuz” komandaları arasında baş tutacaq. Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:30-da start götürəcək.

Seçilən
7
teleqraf.com

1Mənbələr