AZ

Türkiyənin ən zəngin insanlarının adı açıqlandı - "Forbes"in siyahısı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Forbes" Türkiyənin ən varlı adamlarının siyahısını yeniləyib.
Oxu.Az "Haber 7"yə istinadən xəbər verir ki, siyahıdakı 10 ən varlı şəxsin ümumi sərvəti 30.8 milyard dollar təşkil edir.
Sözügedən siyahını təqdim edirik:
1. Murat Ülker: 5 milyard 400 milyon dollar;
2. Şaban Cemil Kazancı: 4 milyard 500 milyon dollar;
3. Erman Ilıcak: 3 milyard dollar;
4. İpek Kıraç: 2 milyard 800 milyon dollar;
5. Mehmet Sinan Tara: 2 milyard 800 milyon dollar;
6. Semahat Sevim Arsel: 2 milyard 700 milyon dollar;
7. Ferit Faik Şahenk: 2 milyard 600 milyon dollar;
8. Filiz Şahenk: 2 milyard 400 milyon dollar;
9. Mustafa Rehmi Koç: 2 milyard 400 milyon dollar;
10. Hamdi Ulukaya: 2 milyard 200 milyon dollar.
Türkiyəli milyarderlər aşağıdakı sahələr üzrə sərvət toplayıblar:
1. Murat Ülker - "Yıldız Holding"in idarə heyətinin sədri, "Ülker" markası ilə tanınan Türkiyənin ən böyük qida şirkətlərindən birinin sahibidir.
2. Şaban Cemil Kazancı - "Kazancı Holding"in rəhbərlərindən biridir, enerji, maliyyə və inşaat sahələrində fəaliyyət göstərir.
3. Erman Ilıcak - "Rönesans Holding"in qurucusu, tikinti, inşaat və səhiyyə sahələrində böyük layihələr həyata keçirir.
4. İpek Kıraç - "Koç Holding"in qurucularından Vehbi Koçun nəvəsi, səhiyyə və texnologiya sahələrində yatırımları var.
5. Mehmet Sinan Tara - "ENKA Holding"in rəhbərlərindən, inşaat və enerji sektorunda fəaliyyət göstərir.
6. Semahat Sevim Arsel - "Koç Holding"in əsas səhmdarlarından biri, həmçinin turizm və səhiyyə sahəsində fəaliyyət göstərir.
7. Ferit Faik Şahenk - "Doğuş Holding"in rəhbəri, bankçılıq, turizm, media və avtomobil sektorunda sərmayələri var.
8. Filiz Şahenk - "Doğuş Holding"in böyük səhmdarı, xüsusilə moda və turizm sahəsində yatırımları ilə tanınır.
9. Mustafa Rehmi Koç - "Koç Holding"in fəxri prezidenti, Türkiyənin ən böyük sənaye və maliyyə holdinqlərindən birini idarə edir.
10. Hamdi Ulukaya - ABŞ-də "Chobani" yoqurt markasının qurucusu, qida sənayesində fəaliyyət göstərir və həm də filantropdur.
Seçilən
47
13
oxu.az

10Mənbələr