AZ

İsrail Qəzzada hərbi əməliyyatları dayandırmağı planlaşdırmır

İDF (İsrail Müdafiə Qüvvələri) Qəzza zolağından çıxmağı və hərbi əməliyyatları dayandırmağı planlaşdırmır, sadəcə onların intensivliyini azaldacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ynet portalı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu qərar, HƏMAS-ın ABŞ-ın sülh planını müzakirə etməyə hazır olduğunu bəyan etməsindən sonra verilib.

Ağ Evin təklif etdiyi plana əsasən, “sarı xətt” adlanan sərhəd Qəzza zolağının daxilində İsrail ordusunun bölmələrinin əsirlərin azad edilməsi müddətində geri çəkiləcəyi xətti göstərir.

Bizim.Media

Seçilən
24
42
bizim.media

10Mənbələr