AZ

Sumqayıtda 41 nömrəli orta məktəbdə "Müəllimlər günü"nə həsr olunmuş tədbir keçirilib

Sumqayıt şəhər 41 nömrəli tam orta ümumi təhsil məktəbində "5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə bayram tədbiri keçirilib. 
Tədbirdə Milli Məclisin deputatı Mehriban Vəliyeva, şairə Ofeliya Babayeva, "Hədəf " kurslarının rəhbəri Şəmil Sadiq, AXRTİ-nin nümayəndəsi Cəmilə İsmayılova, 63 saylı bagçanın müdiri Könül xanım, məktəbin şəhid məzunu Elnur Allahverdizadənin anası,  9 saylı məktəbin fizika müəllimi Süsən Allahverdiyeva , məktəb kollektivi və valideynlər iştirak ediblər. 
Vətən uğrunda canından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Gülnarə Babayeva çıxış edərək məktəbin fəaliyyəti, müəllimlərin əməyinin önəmi və təhsil sahəsində görülən işlər haqqında məlumat verib, bütün müəllimləri peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib. 
Məktəbin şəhid məzunu Elnur Allahverdizadənin adını daşıyan 4b sinif şagirdlərinin hazırladıqları şeirlər, mahnılar, səhnəciklər və rəqslər tədbirə bayram ovqatı qatıb.
Tədbir çərçivəsində Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə məktəbin 9a sinif şagirdi Nazlı Xasıyevaya "Hədəf" kurslarında 2 il müddətinə ödənişsiz əlavə təhsil almaq imkanı yaradılıb. 



















Seçilən
43
yenilik.az

1Mənbələr