Azərbaycan millisində ciddi islahatlar yaşanacaq.
Bu, birbaşa yeni baş məşqçi Ayxan Abbasovun istəyi ilə bağlıdır.
44 yaşlı çalışdırıcı təkcə köməkçiləri ilə yox, inzibati heyətlə bağlı məsələdə də yenilənmə istəyib.
AFFA-dan redaksiyamıza daxil olan məlumata görə, adı “qara siyahı”ya düşənlərdən biri İslam Abbasovdur. Abbasov başbilənlərə onunla işləməkdə maraqlı olmadığını bildirib.
2005-ci ildən millidə baş inzibatçı vəzifəsini yerinə yetirən Abbasov 2019-cu ildə yığmadan ayrılıb, 1 ildən sonra qayıtmışdı.
Bir ara «Kəpəz»in Müşahidə Şurasının sədr müavini postunu tutan İslam bəy hətta “Neftçi”də işləməyə vaxt tapıb.
2016-2017-ci illərdə bakılıların əsas komandasının rəisi vəzifəsini icra edib. O, Qurban Qurbanovun istefaya göndərilməsindən az sonra AFFA tərəfindən millidən kənarlaşdırılmışdı.
Abbasov 2005-ci ildən bu yana Şahin Diniyev, Qyoko Haciyevski, Nazim Süleymanov, Berti Foqts, Mahmud Qurbanov, Robert Prosineçki, Qurban Qurbanov, Canni de Byazi, Arif Əsədov və Fernandu Santuşun komandasında çalışmış yeganə şəxsdir.
SPORTİNFO.AZ