AZ

“3 xal önəmli idi” - Qurban Qurbanov

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ” evdə “Kəpəz”i 1:0 hesabı  ilə məğlub edib.

QOL.az xəbər verir ki, matçdan sonra baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, komanda üçün bu qələbənin vacib olduğunu qeyd edib: “Azər Bağırova uğurlar arzulayıram. İlk oyununda meydanda kollektiv göründü. ‘Kəpəz’ə qarşı oynamaq rəqiblər üçün asan olmayacaq. Futbolçuları təbrik edirəm, 3 xal çox önəmli idi. Azarkeşlərimizə təşəkkür edirəm.”

Qurbanov oyunun tempinin aşağı olmasını meydança amili və futbolçuların yorğunluğu ilə izah edib: “Stadionun vəziyyəti oyuna təsir edirdi. Avropadakı oyun sürəti ilə buradakı arasında fərq böyükdür. Futbolçulara 4 gün istirahət verəcəyik.”

Baş məşqçi həmçinin milli fasilənin komandaya təsirindən, yeni transfer Kamilo Duranın potensialından və legionerlərin hazırkı formalarından danışıb: “Belə futbolçular komandaya əlavə fayda verir. Hazırda bütün oyunçuların yeri var. ‘Atletik’ə qarşı oyun üçün isə bir neçə gün sonra təhlillərə başlayacağıq.”

Seçilən
15
1
teleqraf.com

2Mənbələr