AZ

Tbilisidə etirazçılar Prezident sarayı ərazisinə girdi - polislə qarşıdurma baş verdi

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.

DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr