AZ

Zurabişvili danışdı: Bu, sırf təxribatdır

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Orbeliani sarayına basqın cəhdini təxribat adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

“İndi baş verənlər sırf təxribatdır. Mən bunun kimin planı olduğunu bilmirəm. Bu, bu gün rejimə qarşı olanı dinc etirazı əzmək istəyirlər”, – Zurabişvili bildirib.

O, bu barədə Rustaveli prospektində keçirilən aksiyada iştirak edərkən deyib. Bələdiyyə seçkilərinə paralel olaraq ora minlərlə insan toplaşıb. Mitinqin təşkilatçılarından biri, Vahid Milli Hərəkat Partiyasının siyasi şurasının sədri, keçmiş baş prokuror Murtaza Zodelavanın çağırışından sonra bir qrup nümayişçi prezident iqamətgahına doğru hərəkət ediblər.

Polis səsgücləndiricilərdən istifadə edərək nümayişçiləri dağılmağa çağırır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
globalinfo.az

1Mənbələr