AZ

Çin fəlakətlə üz-üzə

Çinin Milli Rəsədxanası “Matmo” tayfununun ölkənin cənubuna yaxınlaşması ilə əlaqədar qırmızı həyəcan siqnalı (ən yüksək səviyyə) elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyin bəyanatına istinadla məlumat yayıb.

Bildirilib ki, yaxınlaşan atmosfer burulğanı ilə əlaqədar Haynan adasının Haykou və Vençanq şəhərlərində məktəblər, müəssisələr, hava nəqliyyatı və ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb. Oktyabrın 5 və 6-da qatarlar işləməyəcək.

Son məlumatlara görə, tayfun hazırda Vençaqdan təxminən 400 km cənub-şərqdədir. Mərkəzə yaxın küləyin sürəti 35 m/s-dir.

Seçilən
23
publika.az

1Mənbələr