Dünyada hər il təxminən 1,5 milyon kişiyə prostat xərçəngi diaqnozu qoyulur. Mütəxəssislər bu sayın 2040-cı ilə qədər 2,9 milyona çatacağını proqnozlaşdırırlar.
E-saglam.az xəbər verir ki, prostat xərçəngindən qorunmağın ən effektiv yollarından biri sağlam qidalanma və müntəzəm fiziki fəaliyyətdir. Xüsusilə pomidor tərkibindəki antioksidantlar sayəsində prostat xərçəngi riskini azalda bilər
Kişilərə həftədə ən azı 3 saat idmanla məşğul olmaq və bol miqdarda pomidor istehlak etmək tövsiyə olunur. Bu vərdişlər prostat sağlamlığını dəstəkləyir və xərçəng riskini azaldır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az