AZ

Xüsusi təyinatlılar etirazçıları prezident sarayından uzaqlaşdırıb - FOTO - YENİLƏNİB-2

Xüsusi təyinatlı qüvvələr Orbeliani meydanını nəzarətə götürərək etirazçıları prezident sarayından uzaqlaşdırıb.

APA xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan prezidentinin iqamətgahını daşa basıblar.

Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.

***

19:46

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq olunur.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.

DİN aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

***

19:24

Tbilisinin Azadlıq meydanında müxalifətin keçirdiyi mitinqdə xalq birliyinin bəyannaməsi oxunub.

APA-nın yerli bürosu xəbəri verir ki, təşkilatçılardan biri "Rustaveli prospekti" hərəkatının lideri Paata Burçuladze vətəndaşları sənəddə yer alan bəndləri dəstəkləməyə çağırıb.

Mitinq iştirakçıları Azadlıq meydanından Prezident iqamətgahına doğru yürüş ediblər. Dövlət başçısının Orbeliani Sarayında və ətraf ərazilərdə təhlükəsizlik gücləndirilsə də etirazçılar Gürcüstan Prezidentinin sarayının ərazisinə daxil olublar.

Hadisə yerinə xüsusi təyinatlılar səfərbər edilib.

***

16:12

Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirilir.

APA-nın yerli bürosu xəbəri verir ki, mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib.

Mitinqə bəzi bölgələrdən də iştirakçılar qatılıb. Tbilisinin bir neçə hissəsindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb.

Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.
Mitinq hələlik dinc şəraitdə davam edir.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusu halına müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi Xüsusi
Seçilən
9
6
apa.az

10Mənbələr