AZ

Azərbaycan karateçiləri III MDB Oyunlarında 16 medal qazanıblar

Bakı. Trend:

III MDB Oyunlarında keçirilən karate yarışlarına yekunvurulub.

Trend xəbər verir ki,karateçilərimiz yarışları 16 medalla başa vurublar. Onlardan 6-sıqızıl, 3-ü gümüş, 7-si bürüncdür.

Mingəçevir Kür Olimpiya Mərkəzində təşkil olunan yarışlarınikinci günündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68kiloqram) və Fərid Ağayev (75 kiloqram) qızıl medal qazanıblar.

Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75kiloqram) bürünc medallara sahib olublar.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram), NuranRzazadə (67 kiloqram) və Roman Heydərov (fərdi kata yarışında)qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram)gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram),Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında)bürünc medallarla kifayətləniblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDBOyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
18
12
az.trend.az

10Mənbələr