Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə oğlanlar arasında 48 kq, 55 kq, 65 kq, 80kq və 110 kq, qızlar arasında isə 43 kq, 49 kq, 57 kq və 65 kqçəki dərəcələrində mübarizə aparılıb.

Azərbaycanı təmsil edən 9 güləşçidən 7-si medal qazanıb. Rəvan Həsənzadə (48 kq) çempion olub. Hüseyn İsmayılov (65 kq) və Əli Hacıyev (80 kq) gümüş medal, Xadicə Qurbanzadə(49 kq), Esra Məmmədli(65 kq), İbrahim Süleymanov (55 kq), Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar.