AZ

Yampolda vəziyyət sabitləşdi: ruslar 3500 dən artıq itki verib

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukraynanın Liman şəhərinin Yampol kəndi ərazisində vəziyyət sabitləşib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, Ukraynanın Müdafiə Qüvvələri Rusiya təxribat və kəşfiyyat qruplarının qalıqlarını təmizləyir:

"Hərbçilər düşmənin diversiya qruplarının qalıqlarının müəyyən edilərək məhv edilməsi üçün kənddə axtarış əməliyyatları keçirir".

Sırski bildirib ki, Dobropolski istiqamətində düşmən konsentrasiyalarına zərbə vurmaq effektivliyi artır və onların maddi-texniki bazası məhv edilir:

"İşğalçıların son 24 saat ərzində ümumi itkiləri 47 nəfər təşkil edir. Dobropolski istiqamətində əks-hücum əməliyyatı başlayandan ruslar 3520 nəfərə yaxın itki verib, onlardan 1988-i ölüb. Həmçinin, düşmənin 991 silah-sursatı zədələnib, yaxud məhv edilib".

Qeyd edək ki, sentyabr ayında Rusiya kəşfiyyatçıları Yampol kəndinə sızmışdılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
axar.az

2Mənbələr