«Quba»nın baş məşqçi postu boşalıb.
Elvin Həsənov II Liqada mübarizə aparan komandanın sükanı arxasından ayrılıb. Rəhbərlik onun istəyi ilə müqaviləyə qarşılıqlı xitam verib.
Gənc mütəxəssis bu ilin əvvəlindən Qubanın eyniadlı təmsilçisini çalışdırırdı. O, iyunda görəvini tərk etsə də, bir müddət sonra yenidən geri qayıtmışdı.
«Quba» liqanın arxada qalan 4 turu ərzində 7 xal toplayıb. Şimallılar 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə turnir cədvəlinin beşinci pilləsində yer alıb.
«Quba»dan öncə «Şəki»nin sükanı arxası boşalıb. Bəhmən Həsənov «Qaradağ Lökbatan» və «Xankəndi»yə yenilgi səbəbindən iş yerini itirib. (sportinfo.az)