AZ

Bakı ilə sülhdən sonra rus qoşunları çıxarılacaq? Rəsmi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi ikitərəfli məsələdir və avqustun 8-də Vaşinqtonda paraflanmış İrəvanla Bakı arasında imzalanmış sülh müqaviləsinə heç bir aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

“Bu, Rusiya ilə ikitərəfli sazişlə tənzimlənir, ona görə də bizim parafladığımız sülh sazişinə şamil edilmir”, - o, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra rus qoşunlarının Ermənistan-İran sərhədindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavabında deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
axar.az

2Mənbələr