AZ

Tbilisidə toqquşma zamanı 14 polis YARALANDI/Yenilənib

Tbilisidə iğtişaşlar nəticəsində azı 14 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.

“Nümayişçilərin atdığı müxtəlif əşyalar nəticəsində indiki mərhələdə Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb”, – Daraxvelidze bildirib.

21:48

“Tbilisidə prezident sarayının yaxınlığında keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır”.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze brifinqdə deyib.

“Yaralılardan birinin vəziyyəti kifayət qədər ağırdır. Məncə, bunu edən bu insanlara dua etməlidirlər. Dövlət polisə əl qaldıran hər kəsə qarşı çox sərt olacaq”, – Kobaxidze bildirib.

Seçilən
9
1
konkret.az

2Mənbələr