AZ

İtalyanlar Fələstinə görə ayağa qalxdı VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Romanın mərkəzində Fələstinə dəstək üçün çoxminlik yürüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Yürüşün 2 kilometrə qədər uzandığı deyilir.

“İsraillə əməkdaşlığı dayandırın, işğal və soyqırımla mübarizə aparın” yazılmış pankartla minlərlə etirazçı Kolizeyin yanından keçərkən böyük meydana toplaşıb.

Yürüş iştirakçılarından Fələstin bayraqları istisna olmaqla, bütün partiya və həmkarlar ittifaqı simvollarını götürmək xahiş olunub.

Daha əvvəl xəbər verildiyi kimi, sentyabrın 22-də İtaliyada Qəzzaya dəstək üçün 24 saatlıq tətil keçirilib. İtalyanlar İsrailə silah satışının dayandırılmasını, sanksiyaların tətbiq olunmasını tələb ediblər. Gün ərzində Roma və Milan da daxil olmaqla 80-dən çox şəhərdə etiraz yürüşləri keçirilib. Yollar bağlanıb, ictimai nəqliyyat və hava limanları bağlanıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
globalinfo.az

1Mənbələr