AZ

Tbilisinin meri o seçildi YENİLƏNİB/FOTO KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə seçkilərlə bağlı ilkin nəticələri açıqlayıb.

KONKRET.az xəbər verir ki, MSK-nın məlumatına görə, paytaxt üzrə 584 məntəqədən 432-nin nəticələri artıq hesablanıb.

Hazırkı mer Kaxa Kaladze seçicilərin 71,29 faizini səsini toplayıb. 153 min 479 seçici onun lehinə səs verib. Beləliklə, Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib

21:22

Hakim “Gürcü arzusu” Partiyası keçirilən yerli seçkilərdə birinci turda qalib gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə partiyanın rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

“Gürcü Arzusu bütün bələdiyyələrdə ilk turda seçkilərdə qalib gəldi. Dörddə başladıq, dörddə bitirdik”.

Partiya rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib və Gürcüstanın sabitlik və inkişaf yolunda irəliləməyə davam edəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
7
konkret.az

10Mənbələr